RU

Almaniya və ABŞ Avropada raketlərin istehsalına başlayır

Alman konserni “Rheinmetall” və Amerikanın “Lockheed Martin” şirkətləri ATACMS, GMLRS, “Hellfire”, JAGM və PAC-3 raketlərinin istehsalı üzrə birgə müəssisə yaradır.

Axar.az xəbər verir ki, bu barədə “Hartpunkt” nəşri yazıb.

Nəşr qeyd edir ki, raketlərin, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün silahların genişmiqyaslı istehsalı ABŞ-dan asılılığı azaltmaq və təchizatı sürətləndirmək üçün Avropada yerləşdirilir.

“Rheinmetall”ın baş direktoru Armin Papperger bunun səbəbinin ABŞ-da istehsal gücünün Avropadakı tələbatı ödəməyə kifayət etməməsi olduğunu bildirib:

“Bəzən Amerikadan raket almaq üçün on il gözləməli olursan, bu, çox uzun müddətdir”.

Избранный
0
5
axar.az

10Источники