RU

Paşinyan və Makron arasında görüş oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada görüşüb.
ONN media xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir
Избранный
0
50
onn.az

10Источники