RU

Maşın yolu keçən piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Hüseynov İkram Əliaslan oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
10
news365.az

10Источники