RU

“Paşinyanın dedikləri Azərbaycan cəmiyyətinə bir mesaj idi ” -Politoloq

Albaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan konfrans zalını sürətlə tərk edərkən mikrofonu ona uzadan Azərbaycanın İctimai Televiziyasının əməkdaşının suallarına cavab verməyə qərar verdi. Əslində Paşinyanın ətrafı azərbaycanlı jurnalistləri baş nazirdən uzaqlaşdırmağa çalışırdılar.

Amma İctimai Televiziyaya açıqlamada Paşinyanın bu müsahibəyə  maraqlı olduğunu ortaya qoydu.

Politoloq Arzuman Muradlı hesab edir ki, Nikol Paşinyan bu açıqlamasında yeni nəsə deməsə də əslində dedikləri Azərbaycan cəmiyyətinə bir mesaj sayıla bilər.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Paşinyan açıq şəkildə qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirdi. Bununla belə hesab edirəm ki, Paşinyan öz mövqeyini qorumaqla yaxın zamanda dəyişiklərin olacağına sülh müqaviləsinin bağlanacağına işarə edir. Yəni bu gün Ermənistanın başqa çıxış yolu olmadığını Paşinyan anlayır. Rəsmi İrəvan da anlayır ki, Bakı müstəqil siyasi xətt yürütmək iqtidarındadır.  Yəni regionda güc balans Azərbaycanın tərəfindədir və Azərbaycan istənilən zaman güc balansından istifadə edə bilər. İctimai Telviziyaya verilən bu açıqlama həm də Paşinyanın reallıqla barışdığının göstəricisidir”- deyə Arzuman Muradlı bildirib..

Избранный
0
50
moderator.az

10Источники