RU

Çinli turistləri ölkəmizə cəlb edə biləcəyik - Cəfər Qara

Çinli turistləri ölkəmizə cəlb edə biləcəyik - Cəfər Qara

Xəbər verildiyi kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.Belə ki, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı Çin Sədri Si Cinpinin iştirakı ilə bir sıra Azərbaycan-Çin sənədləri imzalanıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ arasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.Çinlə qarşılıqlı sadələşmiş viza rejiminin tətbiq edilməsi barədə razılaşma bu ölkədən gələn turistlərin sayına təsir edəcəkmi? AFN.az-ın sualını turizm üzrə ekspert, “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qara cavablandırıb: "Biz pandemiyadan əvvəl Çindən Azərbaycana turistlərin gəlməsi ilə məşğul olurduq. Bu ölkədə keçirilən sərgilərdə iştirak edirdik, turoperatorları ilə görüşlər keçirirdik. Onların bizdən milki məsuliyyət sığortası tələbi vardı ki, o sığorta növü Azərbaycanda mövcud deyildi. Bu sığorta ilə çinli turistlər ölkəmizə gələn zaman onları gətirən şirkət müflis olacağı və ya həmin şirkətin səhvi üzündən turist üçün hər hansı bir problem yaranarsa, həmin sığorta şirkəti onun zərərini qarşılamalı idi. Biz bu sığortanı araşdırdıq, sığorta şirkətləri ilə görüşdük. Artıq bu sığorta növü var bizdə". C.Qara qeyd edib ki, yaxın günlərdə Pekində beynəlxalq turizm sərgisi keçiriləcək: "Bu sərgidə iştirak etməyi planlaşdırırıq. Orada Azərbaycanın geniş formada təbliğini həyata keçirəcəyik. Artıq Çin dilində buklet və broşürlar hazırlamışıq. Çin dilini bilən əməkdaşlar cəlb edirik. Düşünürəm ki, çinli turistləri ölkəmizə cəlb edə biləcəyik". FƏXRİYYƏ

Избранный
0
35
afn.az

10Источники