RU

İxtisar dalğası "Microsoft" işçilərini də ağuşuna aldı - 6 000-dən çox işçi ixtisar ediləcək

"Microsoft" şirkəti qlobal miqyasda işçi heyətinin 3 faizini ixtisar etməyə hazırlaşır. 

Valyuta.az xəbər verir ki, bu, şirkətin son illərdə həyata keçirdiyi ən böyük ixtisarlardan biri olacaq. Məlumata görə, "Microsoft" 2023-cü ildə də 10 min nəfərlik işçi heyətini azaldıb.

Bu barədə "Microsoft" sözçüsü bildirib: "Dinamik bazar şəraitində uğur qazanmaq üçün zəruri olan təşkilati dəyişiklikləri həyata keçirməyə davam edirik.".

Qeyd edək ki, şirkət 2025-ci ilin aprel ayında 70,1 milyard ABŞ dolları gəlir (13 faiz artım) və 25,8 milyard dollar xalis mənfəət (18 faiz artım) açıqlayıb. Bu göstəricilər analitiklərin gözləntilərindən yüksək idi. Buna baxmayaraq, ixtisarların müxtəlif sahələrdə, komandalar və regionlar üzrə aparılacağı bildirilir.

Xatırladaq ki, "Microsoft" yanvar ayında da bəzi ixtisarlar həyata keçirib, lakin həmin ixtisarlar əsasən performansa əsaslanıb. Bu dəfəki ixtisarların performansla əlaqəli olmadığı bildirilib.

Qeyd edək ki, son bir il ərzində "Amazon" və "Meta" da daxil olmaqla, bir çox texnologiya nəhəngi minlərlə işçini ixtisar edib.

Sərvanə Rəmixanova 

Избранный
0
23
valyuta.az

10Источники