RU

Əməliyyat olunacağı rəsmən açıqlandı

Cud Bellingemin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Real”ın futbolçusu əməliyyat olunacaq.

“Marca” nəşrinin məlumatına görə, ingilis yarımmüdafiəçi təxminən 18 aydı davam edən çiyin zədəsi ilə mübarizə aparır. Əvvəlcə zədədən sonra əməliyyat planlaşdırılsa da, Madrid klubunun sıx oyun cədvəli və 21 yaşlı futbolçunun mövsümün sonunda da oynamağa davam etməsinə görə cərrahi müdaxilə təxirə salınıb. Lakin artıq bu yay əməliyyatın keçirilməsi planlaşdırılır.

Cud bu mövsüm “Real”ın heyətində 48 oyuna çıxaraq 13 qol vurub və 14 məhsuldar ötürmə edib.

Избранный
0
1
football-plus.az

2Источники