BAKI, TurkicWorld
Tonqa sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Tonqa arxipelaqının şərq sahillərində 6,4 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Yerli vaxtla saat 17:15-də qeydə alınan zəlzələnin episentri Neiafu şəhərindən təxminən 137 kilometr məsafədə, 243 kilometr dərinlikdə yerləşib.
USGS-nin seysmik məlumatlarına əsasən, zəlzələ dənizdə baş verdiyindən dolayı dağıntı və ya sunami xəbərdarlığı edilməyib. Lakin təbii fəlakətin regionda hiss olunduğu bildirilib.
Qeyd edək ki, təxminən 100 min əhalisi olan Tonqa arxipelaqı dünyanın ən aktiv seysmik bölgələrindən biri olan “Sakit Okean Od Halqası”nda yerləşir və bu səbəbdən tez-tez yeraltı təkanlara məruz qalır.