Bakı. Trend:
Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücumaltındadır.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.
Sadəcə bir klik, saxta keçid və ya inandırıcı səslənən bir zəngkifayətdir ki, kart məlumatlarınız ciddi risk ilə üz-üzəqalsın.
Proses necə baş verir?
Şübhəli e-poçt, SMS və ya sosial şəbəkələr vasitəsilə siz saxtasəhifələrə yönləndirilə və burada kart məlumatlarınızı daxil etməyətəşviq oluna bilərsiniz.
Özünü “bank əməkdaşı” kimi təqdim edən dələduzlar panikayaradaraq kartınızın bloklandığını bildirir və OTP (birdəfəlikşifrə) daxil olmaqla digər fərdi məlumatları tələb edirlər. Bəzənisə yaxınlarınızın adından zəng edərək maliyyə yardımıistəyirlər.
Etibarsız mənbədən yüklənən zərərli tətbiqlər və fayllarvasitəsilə telefonunuza casus proqram yerləşdirilə, bu yolla ekrangörüntüləriniz və kart məlumatlarınız oğurlana bilər.
Necə qorunaq?
1) Kart məlumatlarınızı, o cümlədən son istifadə tarixi, CVV,OTP (3DS daxil), şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodunutanımadığınız şəxslərlə paylaşmayın.
2) Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin. Naməlumkeçidlərə və şübhəli fayllara daxil olmayın.
3) Onlayn alış-veriş zamanı kart məlumatlarınızı brauzer vəveb-saytların yaddaşında saxlamaqdan çəkinin.
4) Bank tətbiqlərinin və cihazınızın əlavə təhlükəsizlikfunksiyalarından (2FA) faydalanın.
5) Kartınızla bağlı şübhəli hallar müşahidə etdikdə, dərhalbankınıza məlumat verin və kartı bloklayın.