RU

Tofiq İsmayılovun oğlunun məhkəməsi başladı

​BAKI, 12 may. TELEQRAF

Azərbaycanın birinci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov və onunla birlikdə mühakimə olunan şəxslərin məhkəməsi başlayıb.

Teleqraf-ın xəbərinə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. İş materiallarında qeyd olunur ki, İsmayılov iki nəfərin 810 min manat məbləğində pulunu ələ keçirib.

Dövlət ittihamçısı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə razılıq verməyib. Qətimkan tədbiri dəyişdirilmədən iş baxışa verilib.

Məhkəmə istintaqı tərəflərin dindirilməsi ilə davam etdirilib.

Qeyd edək ki, Tofiq İsmayılov 1991-ci il noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

Избранный
0
5
teleqraf.com

9Источники