RU

Ermənistan yeni müharibə fikrinə düşərsə...

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsininimzalanmasının alternativi hərbi əməliyyatlardır. İrəvanın Bakıyaqarşı yeni müharibəyə başlamaq şansı, imkanları, istəyi vəpotensialı minimallıq səviyyəsində proqnoz təsiri bağışlasa da, onutamamən istisna etmək yanlışlıq olardı.

Sülh sazişinin imzalanması istiqamətində səylərə baxmayaraq,rəsmi İrəvan bu prosesi qəsdən uzadır, paralel olaraq informasiyamüharibəsini dərinləşdirir və Fransayla, Hindistanla hərbiəməkdaşlığı gücləndirir. Ermənistan daxilində isə militaristəhval-ruhiyyə artır, müxalifət və diasporun bir hissəsi revanşistideyaları açıq şəkildə təbliğ edir. Bu şəraitdə Ermənistan üçünmümkün münaqişə ssenarilərinin və nəticələrinin ciddi şəkildətəhlil edilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanla Ermənistan arasında hərbi güc balansı olduqcafərqlidir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyət sayıtəxminən 120 min nəfərdir və bu rəqəmə ehtiyat qüvvələr dədaxildir. Ermənistanın hərbi personalı isə 65 min nəfəri keçmir.Azərbaycan ordusunda T-90S və modernləşdirilmiş T-72 tankları dadaxil olmaqla, 570-dən çox tank var, Ermənistan isə, əsasən, köhnəT-72 modelləri ilə kifayətlənir və onların da bir hissəsi nasazvəziyyətdədir. Pilotsuz uçuş aparatları sahəsində fərq daha daböyükdür: Azərbaycan 600-dən çox müasir PUA-ya sahibdir, bunlara"Bayraktar TB2", "Harop", "Hermes 900" və "Akıncı" daxildir.Ermənistan isə təxminən 50 ədəd, əksəriyyəti köhnə və ya təlimməqsədli dronlara malikdir.

Artilleriya sistemlərində də fərq açıqdır. Azərbaycan 1000-dənçox artilleriya qurğusu, o cümlədən, özüyeriyən toplar, çoxnöqtəliraketatanlar, “Smerç” və LORA sistemlərinə malikdir. Ermənistanisə, əsasən, sovet dövrünün texnikasından ibarət olan 400-ə yaxınqurğuya sahibdir. Hava hücumundan müdafiə sahəsində Azərbaycan"S-300 PMU2", "Barak-8", "Hisar" və “Dəmir Qübbə” sistemlərini əldəedib.

Ermənistanın HHM arsenalı isə köhnəlmiş S-300 PS və “Osa”sistemlərindən ibarətdir və müasir PUA-lara qarşı təsirsizdir.

Aviasiyada da Azərbaycan üstünlük təşkil edir. Su-25 və MiQ-29təyyarələri ilə yanaşı, "Bayraktar TB2" və "Akıncı" PUA-ları dahava üstünlüyünü təmin edir. Ermənistanın az sayda Su-25 və MiQ-29təyyarələri isə ya köhnədir, ya da istifadəyə yararsızdır.

Ermənistanın hərbi hazırlığı da zəifdir. 1994-cü ildən bu yanaordu heç bir real döyüş uğuru əldə etməyib. 2020-ci ilmüharibəsində isə orduda dərin demoralizasiya, rəhbərliyinsəriştəsizliyi və manevr qabiliyyətinin olmaması üzə çıxdı.Azərbaycan isə həmin döyüşdən sonra davamlı olaraq ordusunumüasirləşdirir, Türkiyə, İsrail və Pakistanla birgə təlimlərkeçir.

Coğrafi baxımdan da Ermənistan əlverişsiz vəziyyətdədir. Dənizəçıxışı yoxdur, ətrafı düşmən münasibətli dövlətlərlə əhatələnib:Azərbaycanla münaqişə vəziyyətindədir, İranla münasibətlərigərgindir və bütün logistikası Gürcüstan üzərindən asılıdır.Azərbaycan isə Zəngəzur dəhlizinə nəzarət edir, möhkəminfrastruktur və Xəzər dənizi vasitəsilə beynəlxalq çıxışimkanlarına malikdir. Bu amillər ona hərbi hissələri vəsilah-sursatı operativ şəkildə cəbhəyə çatdırmağa şəraityaradır.

Ermənistanın daxilində siyasi vəziyyət də qeyri-sabitdir. NikolPaşinyan həm müxalifət, həm də kilsə və ordu daxilindəki bəziqüvvələr tərəfindən ciddi təzyiq altındadır. İrəvanda mitinqlərkeçirilir, hökumət binaları bloklanır, hakimiyyətə qarşıetimadsızlıq artır. Belə vəziyyətdə yeni müharibə baş verərsə,daxili siyasi böhran dövlət idarəçiliyini iflic edə bilər.

Cəmiyyətin psixoloji durumu da optimist deyil. 2025-ci ilinaprelində Gallup International tərəfindən keçirilən sorğuya görə,Ermənistan əhalisinin 47 faizi ordunun ölkəni müharibə zamanıqoruyacağına inanmır. 62 faizi isə Qərbin hərbi dəstəkverməyəcəyini düşünür. Artan miqrasiya və aşağı doğum səviyyəsiölkənin səfərbərlik imkanlarını da məhdudlaşdırır. BMT-ninməlumatına əsasən, Ermənistanın əhalisi 1990-cı ildəki 3,3milyondan 2025-ci ildə 2,7 milyondan da aşağı səviyyəyə düşüb vəonların 900 mindən çoxu iqtisadi fəal deyil. Gənc kişilərin 40faizi isə Rusiyaya və Avropaya köçüb.

Ermənistanın xarici siyasəti də ziddiyyətlərlə doludur. Parisindəstəyi simvolik xarakter daşıyır. Fransa tərəfindən ErmənistanaGM-200 tipli radarlar verilib. Bu radarlar kağız üzərində müasir vədəqiq olsa da, Ermənistanın dağlıq relyefində onların effektivliyikəskin azalır. Fransadan alınan üç radar ölkənin şərq sərhədini tamnəzarətdə saxlamaq üçün yetərli deyil. Onların NATO sistemlərinəinteqrasiya üçün infrastruktur da yoxdur. Eyni zamanda, AzərbaycanRƏB vasitələri və radarları hədəfə alan dronlar sayəsində buradarları döyüşün ilk saatlarında sıradan çıxara bilər.

Fransadan Ermənistana "Bastion" və VAB tipli zirehli maşınlar dagöndərilib. "Bastion" 4×4 tipli yüngül minaya davamlı maşındır.Amma bu maşınlar ağır döyüş şəraitində tab gətirə bilməz. OnlarPUA-lar və FPV-dronlar tərəfindən asanlıqla izlənilir və sıradançıxarılır. Ermənistan ordusunda bu maşınların taktiki istifadəmexanizmi, strukturlaşdırılmış batalyon sistemləri yoxdur. Butexnika fərqli hissələrə paylanır, vahid komanda və istifadəyə dairdoktrina yoxdur.

"Bastion"lar döyüş şəraitində daha çox hədəfə çevriləcək. Onlarnə tank əleyhinə silahların, nə də artilleriyanın təsirindənmüdafiə oluna bilər. Dronlar üçün isə açıq və zəif hədəfdir.Üstəlik, Ermənistan bu maşınlara texniki qulluq və ehtiyathissələri təmin edə bilmir. Köhnə və artıq istismardan çıxarılanVAB tipli texnika isə ümumiyyətlə, müasir döyüşlər üçünyararsızdır.

Bütün bu faktlar göstərir ki, Ermənistanın istinad etdiyi xaricidəstək – istər Fransanın simvolik texniki yardımı, istərsə dəHindistanın uyğunlaşdırılmamış silah sistemləri – yeni müharibəssenarisində real üstünlük verə bilməz. Əksinə, bu silahlarqeyri-integrativ olduğu üçün döyüşdə sürətli şəkildə sıradançıxarılacaq. Ermənistan nə coğrafi, nə siyasi, nə hərbi, nə dədemoqrafik baxımdan belə bir münaqişəyə hazır deyil.

VAB - soyuq müharibə dövrünə aid olan, Fransız ordusunda artıqistifadədən çıxarılan zirehli texnikadır. Kütləsi 13 ton olan bumaşınlarda 2 nəfər heyət üzvü və 10 əsgər yerləşə bilir. Onun zirehmüdafiəsi çox zəifdir və yalnız yüngül atıcı silahlardan qorunmaqüçündür.

Ermənistan Fransadan 10–15 ədəd VAB maşını alıb. Onlar müxtəlifmodifikasiyalarda təqdim olunub: komanda idarəetməsi, sanitardaşınma və şəxsi heyətin nəqli üçün. Bu maşınlar artıq 40 ildənçoxdur ki, istismardadır və istismar müddətləri sonayaxınlaşıb.

Əsas problemlərdən biri texniki xidmət və ehtiyat hissələriməsələsidir. Fransa artıq bu texnikaya yeni detallar istehsaletmir. Ermənistan ordusu onları işlək vəziyyətdə saxlamaq üçün“hannibalizm” üsuluna - yəni bəzi maşınları hissələrə ayıraraqbaşqalarını işlətməyə - məcbur qalacaq. Taktiki baxımdan da butexnika müasir döyüş şəraitinə uyğun deyil. VAB nə partlayışadavamlıdır, nə də müasir döyüş vasitələrinin, xüsusilə də PUA-larıntəsirindən qoruna bilər. Onu mexanikləşdirilmiş və ya motorlupiyadalarla birbaşa qarşıdurmada istifadə etməkqeyri-mümkündür.

Ümumilikdə, Fransanın Ermənistana verdiyi hərbi texnika saycada, keyfiyyətcə də qeyri-adekvatdır. Bura cəmi 3 ədəd GM-200 radarqurğusu, 25-ə yaxın "Bastion" zirehli maşını, təxminən 15 ədəd VABvə cüzi miqdarda atıcı silah və "Akeron MP" tipli tank əleyhinəraket sistemləri daxildir. Bu silahlar Ermənistanın müdafiəqabiliyyətini artırmır, sadəcə Fransanın siyasi jestidir və döyüşmeydanındakı qüvvələr balansını dəyişmək gücündə deyil.

Bundan əlavə, bu texnikalar Ermənistanın hərbi strukturlarınainteqrasiya olunmur. Onların işləməsi üçün ayrıca logistika,komanda idarəetmə mexanizmləri və rəqəmsal koordinasiya tələbolunur. Sovet standartları ilə işləyən Ermənistan ordusu isə nə buinfrastruktur, nə təcrübə, nə də vaxt baxımından bu texnikalarısəmərəli şəkildə tətbiq edə bilməz.

Digər tərəfdən, Azərbaycan texnoloji üstünlük baxımındanErmənistanı çoxdan qabaqlayıb. Bakı yüksək dəqiqlikli silahlar,müasir kəşfiyyat sistemləri, 24 saatlıq döyüş sahəsi müşahidəsi,avtonom idarəetmə sistemləri və effektiv elektron müharibətexnologiyalarına malikdir. "Harop", LORA, SOM-B2 kimi silahsistemləri, güclü PUA parkı və koordinasiyalı əməliyyat bacarığıErmənistanın pərakəndə və köhnəlmiş sistemlərini dəfələrləüstələyir. Belə şəraitdə "Bastion" və GM-200 kimi texnikalarınhərbi dəyəri, praktik baxımdan sıfıra yaxındır.

Fransanın Ermənistana silah tədarükü - Parisin Ankara və Bakıilə münasibətlərinin gərginləşdiyi dövrdə İrəvana ünvanladığısiyasi reveransdır. Amma bu texnika hərbi güc deyil, təhlükəli birillüziya yaradır. Ermənistan bu avadanlıqları real döyüşvəziyyətində nə müdafiə edə, nə effektiv istifadə edə bilər.Azərbaycan dronları və yüksək dəqiqlikli raketləri üçün bu silahlarasan hədəfə çevriləcək. Müdafiəni möhkəmləndirmək əvəzinə,Ermənistan pis uyğunlaşdırılmış, bir-biri ilə əlaqəsiz və həddənartıq həssas silahlarla öz vəziyyətini daha da zəiflədir.

Ermənistanın digər tərəfdaşlarından biri - Hindistan - 2022-ciildən başlayaraq İrəvana silah satmağa başlayıb. Bu əməkdaşlıq,əsasən, Rusiyayla münasibətlərin soyuması və Qərbin ağır texnikaverməkdən imtina etməsi fonunda ortaya çıxıb. Amma bu silahlarınreal döyüş təsiri yoxdur. Çünki onlar Ermənistan ordusununstrukturuna nə texniki, nə də taktik baxımdan uyğun gəlmir. Onlarınistifadəsi çoxsaylı problemlər yaradır və risk daşıyır.

"Pinaka" - Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı(DRDO) və "Bharat Earth Movers Ltd." tərəfindən hazırlanmışçoxnöqtəli reaktiv atəş sistemidir. 1999-cu ildən Hindistanordusunda istifadəyə verilib. Maksimum 75 kilometr məsafədə canlıqüvvə, texnika və möhkəmləndirilmiş obyektləri vurmaq üçün nəzərdətutulub. Hər moduldakı qurğular 12 raket buraxmağa qadirdir.Ermənistan isə 2025-ci ilin əvvəlində cəmi 2–3 batareyaya malikdir.Bu sistemlərin idarəsini öyrənmək üçün artilleriya heyəti ancaq2024-cü ilin sonunda Hindistanda təlimlərə göndərilib. Köhnə sovet“Qrad” və ya “Smerç” sistemlərindən bu sistemlərə keçid ən azı 4–6ay vaxt tələb edir.

Digər tərəfdən, "Pinaka" sistemlərinin xüsusi saxlanma, soyutma,doldurma və hazırlıq məntəqələrinə ehtiyacı var. Ermənistanın bucür mobil anbar infrastrukturu yoxdur və bu sistemlər üçünlogistika sıfırdan qurulmalıdır. Atəş idarəetməsi də ayrıca sistemtələb edir. "Pinaka" Hindistanın radar və komanda sistemləri iləeyni şəbəkədə işləyir. Ermənistan isə nə bu radarlara, nə proqramtəminatına, nə də bu sistemlə işləməyi bacaran zabitlərəmalikdir.

Bu səbəbdən, Pinaka sistemləri Ermənistan üçün real döyüş gücüdeyil, daha çox siyasi nümayiş vasitəsidir. Onların döyüşdəistifadəsi praktiki olaraq sıfır fayda verəcək, əvəzində texnikiitkilər çox olacaq. Bu silahlar hazırlıqsız, koordinasiyasız vəkəşfiyyatsız şəraitdə istifadəyə yararsızdır və Azərbaycanın müasirdöyüş taktikaları qarşısında davam gətirə bilməyəcək.

Hindistanın Ermənistana verdiyi digər silahlar sırasında tankəleyhinə idarəolunan raket kompleksləri də yer alır. Buraya “Nag”tipli sistemlər və ehtimal ki, Hindistan vasitəsilə Ermənistanaötürülən İsrail istehsalı olan “Spike” tipli raketlər daxildir. Busilahlar həm daşına bilən, həm də mobil platformalarda istifadəüçün nəzərdə tutulub. Amma praktiki baxımdan bir sıraməhdudiyyətlər var.

Birincisi, bu silahların sayı çox azdır. Açıq mənbələrə əsasən,Ermənistan cəmi 150–200 ədəd tank əleyhinə silah alıb və onlarınəksəriyyəti piyada bölmələri səviyyəsində taktiki istifadə üçünnəzərdə tutulub. İkincisi, bu sistemlər Ermənistanın mövcud rabitəvə nişanalma sistemləri ilə uyğun deyil. Ordunun ümumi döyüşəməliyyatlarına inteqrasiya olunmadan bu PUA-lar hərəkətlihədəflərə qarşı effektivliyini itirir. Üçüncüsü, Azərbaycanordusunun "Harop", "Bayraktar TB2" və "Akıncı" tipli PUA-larıistilik izlərini izləmə qabiliyyətinə malikdir və bu raketkomplekslərini döyüşə daxil olmadan məhv edə bilər.

Hindistandan alınan bu tank əleyhinə raket sistemləri nə say, nədə keyfiyyət baxımından Ermənistanla Azərbaycan arasında mövcudtexnoloji fərqi aradan qaldıra bilmir. Azərbaycanın T-90S vəmodernləşdirilmiş T-72 tankları kimi müasir texnikasına qarşı buraketlər kütləvi tətbiq və dəqiq kəşfiyyat məlumatları olmadanpraktiki baxımdan yararsızdır.

Digər tərəfdən, Ermənistana verilən "Akash" hava hücumundanmüdafiə sistemi də ciddi problemlərlə üzləşir. Texniki cəhətdən busistemin hədəf məsafəsi 30 kilometrə, hədəf hündürlüyü isə 18kilometrə qədərdir. Sistem yarımaktiv idarəetmədən istifadə edir vəonun yerləşdirilməsi təxminən 20 dəqiqə çəkir. Nəzəri olaraq,helikopterlərə, təyyarələrə, PUA-lara və qanadlı raketlərə qarşıişləməlidir. Amma Ermənistanın coğrafi şəraitində bu sisteminpraktiki səmərəliliyi çox aşağıdır.

"Akash" sistemi Hindistanın düzənlik, rütubətli və tikintisıxlığı yüksək olan bölgələri üçün nəzərdə tutulub. Ermənistanındağlıq relyefi və mürəkkəb təbii şərtləri bu sistemin hədəfləridüzgün müəyyən etməsini çətinləşdirir. Əlavə olaraq, bu sisteminməlumat almaq üçün nəzərdə tutulduğu "Rajendra" radarlarıErmənistanda yoxdur, nə də ki, onları mövcud sovet mənşəli S-300 və“Osa” sistemləri ilə uyğunlaşdırmaq mümkün deyil. Bu sistem mobildeyil, ağır və iriölçülüdür, bu da onu PUA-ların asanlıqla aşkaredib döyüşə daxil olmadan məhv etməsinə şərait yaradır. NATO və yarus sistemləri ilə uyğunluq da yoxdur, yəni Ermənistan ordusundaolan digər texnikalarla bu sistem arasında heç bir qarşılıqlıəməliyyat imkanı yoxdur.

Bu səbəbdən, hətta bir batareya "Akash" olsa belə, Azərbaycanınhəyata keçirdiyi yüksək manevrli və şəbəkə əsaslı döyüşəməliyyatları şəraitində onun effektivliyi əhəmiyyətsizdir. Bu,döyüş üçün deyil, daha çox Hindistanla strateji tərəfdaşlıqgörüntüsü yaratmaq üçün Ermənistana verilmiş bir “vitrinsistem”dir.

Hindistandan Ermənistana tədarük olunan silahlar - istər"Pinaka" sistemləri, istər tank əleyhinə raketlər, istərsə də AkashHHM kompleksi - real döyüş qabiliyyətinə malik deyil. Bu sistemlərHindistandan kənarda heç vaxt döyüş şəraitində istifadə olunmayıb,onların istismar təcrübəsi yoxdur, uzunmüddətli inteqrasiya tələbedir və çoxsaylı texniki, taktiki və logistik çətinliklərləüzləşir. Ermənistan ordusunda onları işlədə biləcək ixtisaslıpersonal yoxdur, müasir müharibənin sistemli xarakterinə hazırdeyil, şəbəkə əsaslı komanda idarəçiliyi formalaşmayıb və PUA-laraqarşı həssaslıq da həddindən artıq yüksəkdir.

Əgər Ermənistan bu kompleksləri Azərbaycanla real münaqişədəistifadə etməyə cəhd etsə, onlar ya ilk günlərdə aviasiya vədronlar tərəfindən məhv ediləcək, ya da düzgün istismar olunmaması,logistika çatışmazlığı və ehtiyatın olmaması səbəbindən sıradançıxacaq.

Digər tərəfdən, Ermənistanın uzun illərdən bəri etibar etdiyiRusiya faktoru da artıq arxa plana keçib. 2020-ci ildən, xüsusilədə Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi lokal antiterrorəməliyyatından sonra Rusiya bu münaqişədə neytral mövqe tutur.Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının fəaliyyətipassivləşib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı iləəməkdaşlıq zəifləyib, Paşinyan hökumətinin Moskvadan uzaqlaşmaqcəhdləri Ermənistanı daha da təcrid olunmuş vəziyyətə salıb.

Avropa İttifaqı və ABŞ isə Ermənistana yalnız mənəvi dəstəkverir, hərbi baxımdan konkret heç bir öhdəlik götürməyiblər. Avropaİttifaqının hüquqi çərçivəsində NATO-dakı kimi kollektiv müdafiəsistemi yoxdur. Ermənistan nə Aİ-yə üzv, nə də onun hərbiproqramlarının (PESCO, EDF və s.) iştirakçısıdır. Bu səbəbdənBrüsselin Ermənistana genişmiqyaslı hərbi yardım göstərməsi hüquqicəhətdən mümkün deyil.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası (EUMA)2023-cü ilin əvvəlində yaradılıb və əsasən alman, fransız, hollandvə polyak müşahidəçilərdən ibarətdir. Onların vəzifəsi sadəcəsərhəddə vəziyyəti izləmək və məlumat toplamaqdır. Onlarsilahsızdır, PUA və radar kimi texniki vasitələri yoxdur və bütünhesabatları siyasi mətn kimi Brüsselə ötürürlər. 2023-cü ilinsentyabrında Azərbaycanın Qarabağda keçirdiyi birgünlük əməliyyatzamanı bu missiya heç bir addım atmadı və təhlükəsizlik səbəbiləgeri çəkildi. 2024-cü ilin martında Tovuz istiqamətindəki gərginlikzamanı isə yalnız uzaqdan artilleriya səslərini fotoya çəkdi. Bufaktlar göstərir ki, EUMA missiyası reallıqda sadəcə vətəndaşcəmiyyətini sakitləşdirmək və Qərbin guya maraqlı olduğunugöstərmək üçün təşkil olunub. Müharibə halında ya təxliyə olunacaq,ya da sadəcə müşahidəçi kimi kənarda qalacaq.

Avropa Komissiyası və Aİ-yə üzv dövlətlərin bəyanatları daErmənistana real hərbi dəstək yox, sadəcə səs-küylü sözlər üzərindəqurulub. Ən fəal iştirakçı olan Fransa, Prezident Emmanuel Makron,müdafiə naziri Sebastyen Lekornyu və xarici işlər naziri StefanSejurnenin bəyanatlarında Ermənistanı müdafiə etməyə “qətiyyətliolduqlarını” iddia etsələr də, reallıqda bu çıxışların hərbinəticəsi yoxdur. Çünki bütün hərbi texnika – radarlar, zirehlimaşınlar – Avropa İttifaqının adından deyil, ikitərəfli müqavilələrəsasında göndərilib. Fransa Aİ adından hərbi güc tətbiq edə bilməzvə Ermənistana müdafiə əməliyyatlarında iştirak edəcək heç birəsgər göndərməyib.

Almaniya isə daha ehtiyatlı mövqe tutur. Kansler Olaf Şoltsdəfələrlə bildirib ki, Almaniya Cənubi Qafqazda sülhlə maraqlanır,lakin hərbi texnika göndərmək məsələsində “ixrac məhdudiyyətlərini”əsas gətirərək imtina edib. Əslində isə Almaniya Ermənistana yalnızsərhəd kəndlərindəki humanitar layihələr üçün maliyyə ayırıb və birneçə erməni diplomatı təlimə göndərib. Hərbi baxımdan bu – sıfırnəticədir.

Skandinaviya və Şərqi Avropa ölkələri – İsveç, Danimarka,Çexiya, Latviya və digərləri – guya “Ermənistanın təhlükəsizliyinigücləndirmək” ideyasını dəstəklədiklərini desələr də, onların nəciddi hərbi büdcəsi, nə də döyüş texnikası ehtiyatları var. Bütünbu bəyanatlar yalnız kağız üzərində qalır, sahədə heç bir konkretnəticə vermir.

Avropa Sülh Fondu (EPF) məsələsinə gəlincə, bu fond 2020-ciillərin əvvəllərində Aİ-nin Ukraynaya hərbi yardımınımaliyyələşdirmək üçün yaradılıb. Ermənistan 2023-cü ildən etibarənbu fonda daxil olmaq üçün müraciət etsə də, 2025-ci ilə qədər birqəpik belə vəsait almayıb. Avropa ölkələri, xüsusilə Almaniya vəMacarıstan, Ermənistanın bu fonda daxil edilməsinə qarşı çıxır.Onlar Cənubi Qafqaz regionunu riskli zona hesab edir və burayahərbi müdaxilənin Aİ üçün fəlakətli nəticələr doğura biləcəyindənehtiyat edirlər. Beləliklə, EPF fondundan Ermənistana hər hansıreal resurs daxil olmayıb və “hərbi tərəfdaşlıq” haqqında bütündanışılanlar əslində boş ritorikadır.

Geosiyasi reallıqsadaha sərtdir: Avropa İttifaqı müharibədənyorulub. Ukrayna, Fələstin, Səhil bölgəsi, Yəmən, Suriya - bütün bumünaqişələr Avropa liderlərini fiziki və siyasi baxımdan zəiflədir.Heç bir Aİ ölkəsi Cənubi Qafqazda, xüsusilə də Türkiyə və ya İranlaqarşıdurma riski fonunda, hərbi münaqişəyə daxil olmaq istəmir.Belə bir ssenaridə, yəni Ermənistanla Azərbaycan arasında yenidənmüharibə başlasa, Aİ-nin verə biləcəyi maksimum reaksiya –humanitar yardım və Brüsseldə bəyanatlardan ibarət olacaq. Ən pishalda isə EUMA missiyası təxliyə olunacaq və regiondakı bütünlayihələr dondurulacaq.

Aİ-nin Ermənistana hərbi yardımı – bir neçə deklarasiya,simvolik müşahidə missiyası və kiçik həcmli ikitərəfli texnikatransferlərindən ibarətdir. Bu yardımın arxasında nə siyasi iradə,nə hüquqi mexanizm, nə də real hərbi resurs dayanır. Ukraynadanfərqli olaraq, Ermənistan Avropa üçün “sivilizasiya sərhədi” deyil.Ermənistan Aİ-nin geosiyasi prioritetləri sırasında deyil və onunüçün riskə getməyə heç kim hazır deyil.

ABŞ məsələsində də vəziyyət fərqli deyil. Ermənistan və ABŞarasında 1992-ci ildən diplomatik münasibətlər mövcuddur. Lakin buiki ölkə arasında nə hərbi ittifaq müqaviləsi, nə qarşılıqlımüdafiə razılaşması, nə də Ermənistanın hansısa ABŞ hərbialyansında iştirakı var. Ermənistan nə NATO üzvüdür, nə dəGürcüstan kimi "Enhanced Opportunities Partner" statusuna malikdir.Eyni zamanda, Ermənistan “Major Non-NATO Ally” təşəbbüsününiştirakçısı da deyil. Bu isə o deməkdir ki, ABŞ hüquqi və hərbibaxımdan Ermənistanı müharibə zamanı müdafiə etməyə heç bir öhdəlikdaşımır.

ABŞ-nin Ermənistana göstərdiyi hərbi-texniki “yardım” isəəslində mifdən başqa bir şey deyil. US Foreign Assistance Databaseməlumatına görə, 2020–2024-cü illərdə Ermənistan ABŞ-dən ümumilikdə6 milyon dollardan az məbləğdə hərbi yardım alıb. Bu vəsaitin dəəsas hissəsi silahlar üçün yox, minalardan təmizləmə, silahnəzarəti və zabit hazırlığı proqramlarına yönəldilib. Müqayisəüçün, ABŞ yalnız 2023-cü ildə Ukraynaya 46 milyard dollardan çoxyardım edib, bunun 26,4 milyardı isə sırf döyüş silahlarınaayrılıb.

ABŞ Ermənistana heç bir ölümcül silah verməyib – nə atıcı, nəağır texnika, nə hava hücumundan müdafiə sistemləri, nə də PUA-lar.Amerika yardımı yalnız bunlardan ibarətdir: 2022-ci ildə sərhədxidmətinə 10 ədəd cip verilib, 20 mina mütəxəssisi təlimə cəlbolunub, HALO Trust vasitəsilə minalı ərazilərin təmizlənməsinəmaliyyə ayrılıb, gömrük orqanlarına isə skaner və sensoravadanlıqları təqdim edilib. Reallıqda ABŞ Ermənistana yalnızlogistik və humanitar məsələlərdə yardım göstərir, döyüş sahəsindəvə ya Azərbaycanla qarşıdurma şəraitində müdafiə baxımından heç birdəstək verilmir.

ABŞ rəsmilərinin bəyanatları və səfərləri də konkret nəticələrverməyən səslərdən ibarətdir. 2023-cü ilin sonlarından etibarənVaşinqtonun Ermənistana diplomatik marağında artım müşahidəolunmağa başlasa da, bu fəallıq praktik hərbi addımlara çevrilmir.USAID rəhbəri Samanta Pauer İrəvana səfəri zamanı "demokratikErmənistan" haqqında yüksək pafoslu bəyanatlar verdi. ABŞ DövlətDepartamentinin nümayəndəsi Ceyms O’Brayen "regionda sabitliyətəhlükə" olduğunu bildirdi. Hələ 2022-ci ilin sentyabrında isə ABŞKonqresinin keçmiş spikeri Nensi Pelosinin dediyi “Ermənistandemokratiyanın vacib tərəfdaşıdır” ifadəsi erməni cəmiyyətindəböyük ümid doğurmuşdu.

Lakin bütün bu çıxışlar və diplomatik jestlər heç bir konkrethərbi qərarla müşayiət olunmadı, təhlükəsizlik sahəsində hər hansısazişə çevrilmədi, habelə müdafiə texnikası belə Ermənistanaverilmədi (bu baxımdan Hindistan və Fransadan fərqli olaraq ABŞkonkret silah tədarükünə belə getmədi).

Əslində, Vaşinqtonun Ermənistanla bağlı siyasəti yalnız"demokratik transformasiya" ritorikasına əsaslanır. Bu isə daha çoxABŞ-nin Rusiya təsirinə qarşı apardığı ideoloji mübarizənin tərkibhissəsidir, hərbi təhlükə qarşısında Ermənistanı qorumaq məqsədidaşımır.

ABŞ-nin Cənubi Qafqaz siyasətindəki məhdudiyyətlər də kifayətqədər aydındır. Birincisi, Vaşinqton bu regionu həssas geosiyasimaraqlar sahəsi kimi qəbul edir. Burada NATO üzrə müttəfiqi olanTürkiyə var, ənənəvi təsir sahibi olan Rusiya var və ABŞ-nin açıqhərbi eskalasiyadan qaçdığı İran var.

Əgər ABŞ Ermənistanı Azərbaycanla hərbi toqquşma zamanıdəstəkləyərsə, bu ABŞ-Türkiyə münasibətlərinə ciddi zərbə vurabilər, xüsusilə Tramp administrasiyası dövründə aparılannormallaşma cəhdlərini pozar, Rusiyanın, zəif olsa da, reaksiyasınıvə təxribatlarını təşviq edə bilər və həmçinin, İran amilinigücləndirər, çünki Ermənistan logistik və enerji baxımındanTehrandan asılıdır.

İkincisi, ABŞ Ermənistanda real təsir rıçaqlarının olmadığınıanlayır. Vaşinqton başa düşür ki, Paşinyan ordunun mühüm hissəsinənəzarət etmir; Ermənistan cəmiyyəti, xüsusilə böhran zamanı, Qərbəleyhdarlarına çevrilməyə meyllidir, və ABŞ-dən gələn istənilənyardım Ermənistanda "müdaxilə", "vasitəçilik", hətta "xainlik" kimitəqdim oluna bilər.

Bu səbəbdən, ABŞ açıq şəkildə hərbi-siyasi qarşıdurmaya girməkəvəzinə, yumşaq gücə və uzunmüddətli institusional proqramlaraüstünlük verir.

Ermənistan hazırda dərin strateji dalanda yerləşir. 2023-cüildən başlayaraq Qərblə yaxınlaşma siyasəti çərçivəsində İrəvan öztəhlükəsizliyini Avropa İttifaqı, Fransa, Hindistan və ABŞ-dəngələcək dəstəyə bağlamağa çalışdı. Lakin bütün bu istiqamətləryalnız simvolik jestlərlə məhdudlaşır. Fransa verdiyi texnika –radarlar, "Bastion" və VAB zirehli maşınları – döyüş şəraitindəeffektiv deyil, nə texniki, nə taktik baxımdan Ermənistan ordusunainteqrasiya olunmayıb. Hindistanın tədarük etdiyi Pinaka reaktivyaylım sistemləri, Akash hava hücumundan müdafiə kompleksləri vətank əleyhinə raketlər isə Ermənistanda nə logistika, nə şəxsiheyət, nə də uyğun elektron infrastruktur olmadığı üçün tamamiləsəmərəsiz qalır. Bu silahların heç biri döyüş şəraitində istifadəolunmayıb, onların istismarı üçün tələb olunan təlim vəkoordinasiya isə aylarla vaxt aparacaq. Bütün bunlar göstərir ki,İrəvanın son illərdə etdiyi silah alışları real döyüş qabiliyyətiyaratmaqdan çox, siyasi görüntü naminə həyata keçirilmişaddımlardır.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası – EUMA –hərbi mandatdan məhrumdur, silahsızdır, texniki müşahidəvasitələrinə malik deyil və münaqişə halında regiondan təxliyəolunacaq. Avropa dövlətlərinin bəyanatları – xüsusilə Fransanın“Ermənistanı müdafiə edəcəyik” ritorikası – yalnız daxiliauditoriyaya hesablanmış ritorikadır və heç bir real hərbi öhdəlikyaratmır. Almaniya və Skandinaviya ölkələri isə ümumiyyətlə, hərbiyardım mövzusunda passiv və tərəddüdlüdür. Avropa Sülh Fondundan(EPF) Ermənistana indiyədək bir avro belə ayrılmayıb – nə hüquqi,nə də siyasi konsensus mövcuddur. Beləliklə, Qərbin Ermənistanahərbi dəstəyi yalnız bəyanat və simvolik jestlər səviyyəsindəqalır.

ABŞ ilə münasibətlər də fərqli deyil. Ermənistanla Vaşinqtonarasında nə hərbi ittifaq var, nə də qarşılıqlı müdafiə sazişi. ABŞErmənistanı nə NATO üzvü, nə də “Major Non-NATO Ally” kimi tanıyır.Son illərdə ABŞ rəsmilərinin İrəvana artan səfərləri, verdikləribəyanatlar – demokratiya və regional sabitlik haqqında – heç birreal hərbi addımla müşayiət olunmayıb. ABŞ Ermənistana yalnız minatəmizləmə, sərhəd xidmətinə cip verilməsi və gömrük sahəsindətexniki yardım kimi yardım göstərib. Bu isə nə silahdır, nə dətəhlükəsizlik təminatı. ABŞ Ermənistanı yalnız Rusiya və İranaqarşı geosiyasi alət kimi nəzərdən keçirir, onu qorumaq üçün nəəsgər göndərəcək, nə də silah tədarük edəcək. Əgər İrəvan,Paşinyanın ətrafındakı dairələr ABŞ-nin “demokratiyanı qorumaq” adıaltında gələcəkdə Azərbaycana qarşı hərbi müdaxilə edəcəyinigözləyirlərsə, bu son dərəcə təhlükəli illüziyadır. 2020 və 2023-cüillərdə ABŞ hərəkətsiz qaldı, hətta erməni lobbisinin təzyiqlərinəbaxmayaraq, Azərbaycana qarşı sanksiya belə tətbiq etmədi.

Bu kontekstdə Ermənistanın strateji səhvləri daha da aydıngörünür. Əgər İrəvan revanşist gündəmlə Zəngəzur dəhlizinibağlamağa və ya sərhəddə hərbi qarşıdurmaya gedərsə, Azərbaycanlokal hərbi əməliyyatla bir neçə gün ərzində Sünikdəki hədəfləriələ keçirə bilər. Ermənistan ordusunun bu əraziləri uzun müddətmüdafiə etmək imkanı yoxdur. Hava üstünlüyü, texnoloji fərq,kəşfiyyat imkanları və döyüş təcrübəsi Azərbaycan tərəfininlehinədir. Belə ssenaridə Ermənistanın itkisi minlərlə insan,artilleriya və texnikasının 30%-i və əsas rabitə xətlərinin məhvolması ilə nəticələnə bilər. Daha genişmiqyaslı hücum ssenarisindəisə Azərbaycan qüvvələri bir həftə ərzində Qorisə və Arəniyə qədərirəliləyə bilər, beynəlxalq reaksiya isə yalnız narahatlıq ifadəedən bəyanatlarla məhdudlaşacaq. İctimaiyyətin psixoloji vəziyyəti,Paşinyana qarşı artan narazılıq, ordudakı parçalanma və müxalifətəkeçə biləcək hərbi hissələr Ermənistanı Livan tipli daxili dağılmassenarisi ilə üz-üzə qoyacaq.

Bütün bu təhlillər fonunda geosiyasi proqnoz da kəskin vəaçıqdır: Ermənistan nə hərbi, nə siyasi, nə diplomatik baxımdanyeni müharibəyə hazır deyil.

Dövlətin mövcud forması ilə dağılması ehtimalı artıq nəzərideyil, real bir təhlükədir. Ermənistanın yeganə çıxış yolu –revanşist illüziyaları kənara qoymaq, Azərbaycanla sülh sazişiimzalamaq, ərazi iddialarından rəsmən imtina etmək, xarici siyasətkursunu yenidən qiymətləndirmək və dövlətçiliyi real təhlükəsizlikvə tərəqqi əsasında yenidən qurmaqdır.

Əks halda növbəti müharibə Ermənistan üçün təkcə bir hərbiməğlubiyyət deyil, onun müasir dövlət kimi tarix səhnəsindənçəkilməsi ilə nəticələnə bilər.

Избранный
0
3
az.trend.az

4Источники