BAKI, 12 may. TELERQAF
2024-cü il mayın 12-də Varşavada "Marywilska 44" Ticarət mərkəzindəki yanğına görə Rusiya məsuliyyət daşıyır.
Teleqraf xəbər verir ki, Polşanın ədliyyə naziri Adam Bodnar və daxili işlər naziri Tomaş Siemonyak belə deyiblər.
Məlumatda deyilir: "Topladığımız dəlillərə əsasən, yanğının Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə yandırma nəticəsində baş verdiyini bilirik. Bizim yanğının qaydası və gedişatı, həmçinin hadisəni törədənlər tərəfindən necə sənədləşdirildiyi barədə dərin məlumatımız var".
Nazirlərin sözlərinə görə, ticarət mərkəzini yandıranların fəaliyyətini Rusiya Federasiyasında yerləşən şəxs təşkil edib. Cinayətkarlardan bəziləri artıq saxlanılıb.