Vaşinqton və Pekin arasında ticarət məsələlərinə həsr olunmuş danışıqlar İsveçrədə konstruktiv şəkildə keçirilib, böyük irəliləyiş əldə olunub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Bu gün (mayın 10-da – red.) İsveçrədə Çinlə çox yaxşı görüş keçirildi. Bir çox məsələlər müzakirə olundu, bir çox məsələlər barədə razılığa gəlindi”, – o bildirib.
“Yenidən başlama dostcasına, lakin konstruktiv şəkildə müzakirə olundu. Biz istəyirik ki, həm Çinin, həm də ABŞ-nin xeyrinə olaraq Çin amerikan biznesi üçün açılsın. Böyük irəliləyiş əldə olunub”, – Tramp qeyd edib.
Xatırladaq ki, ÇXR Dövlət Şurasının Baş nazir müavini He Lifen və ABŞ-nin maliyyə naziri Skott Bessent qarşılıqlı gömrük rüsumlarının tətbiqi fonunda gərginliyin tənzimlənməsi üzrə Cenevrədə iki raund danışıqlar keçiriblər.