Bu gün Bakı vaxtı ilə saat 18:15-də "Barselona" - "Real" matçının baş tutacağı barədə məlumat vermişdik.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mövsümün sonuncu "El Klasiko"su üçün təxmini start "11-lik"lər açıqlanıb. "Kral klubu"nda Karlo Ançelottinin ilkin heyətdə Arda Gülerə şans verib, Rodriqonu ehtiyata göndərməsi gözlənilir.
"Barselona": Şesni, Qarsiya, Kubarsi, İniqo, Martin, Pedri, De Yonq, Olmo, Rafinya, Yamal, Ferran.
"Real Madrid": Kurtua, Vaskes, Çuameni, Asensio, Qarsiya, Valverde, Modriç, Arda, Sebalyos, Bellinqem, Vinisius.