RU

Putindən Ukraynaya yeni danışıqlar təklifi: “İstanbulda şərtsiz başlayaq”

Rusiya Prezidenti Vladimir Putin 9 May Qələbə Günü münasibətilə keçirilən tədbirlərdən və xarici ölkələrin liderləri ilə görüşlərdən sonra jurnalistlərə açıqlamalar verib.

Operativ Media xəbər verir ki, Ukraynada ABŞ-nin təklif etdiyi enerji infrastrukturlarına yönəlmiş atəşkəslə yanaşı, onun Pasxa bayramı və Qələbə Günü münasibətilə təklif etdiyi atəşkəsin də Ukrayna tərəfindən qəbul edilmədiyini xatırladan Putin, Rusiyanın Ukrayna ilə dialoqu heç vaxt rədd etmədiyini bildirib.

Bu kontekstdə, hər şeyə baxmayaraq Kiyev rəsmilərinin 2022-ci ilin sonunda fasilə verdikləri danışıqları yenidən başlatmalarını təklif etdiklərini vurğulayan Putin, “15 may, cümə axşamı günü danışıqların daha əvvəl yarımçıq qaldığı yerdə (İstanbul) birbaşa danışıqların xüsusilə heç bir ilkin şərt olmadan dərhal bərpa olunmasını təklif edirik” ifadələrini işlədib.

Избранный
0
operativmedia.az

1Источники