Arda Turanın yeni mövsümdən Ukraynanın “Şaxtyor” komandasının baş məşqçisi olacağı haqda yeni məlumat yayılıb. Daha əvvəl belə bir iddianı Türkiyə mətbuatı irəli sürmüşdü.
Bizim.Media xəbər verir ki, bu dəfə İspaniyanın məşhud “Marca” nəşri də 37 yaşlı məşqçinin Donetsk klubunda işləyəcəyini yazıb.
Hazırda “Eyüpspor”un (Türkiyə) baş məşqçisi işləyən Arda Turanın “Şaxtyor”la müqavilə imzalamağa hazır olduğu bildirilib. Bu mövsüm bitən kimi türkiyəli məşqçinin Ukrayna klubuna keçəcəyi qeyd olunub. Bu, onun məşqçi qismində ilk legioner həyatı olacaq.
Məlumatda bildirilib ki, gənc mütəxəssis “Şaxtyor”a əvvəlki şöhrətini qaytarmaq əzmindədir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта