RU

Gəncədə qadını maşın vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili yolu keçmək istəyən 1973-cü il təvəllüdlü L.İsmayılovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov  

Избранный
0
50
unikal.az

10Источники