"Qalatasaray" Süper Liqada "Trabzonspor"u 2-0 məğlub edərək, liderliyini qorudu.
Offsideplus.az xəbər verir ki, bu qələbə ilə sarı-qırmızılılar "Fənərbağça" ilə arasındakı 8 xallıq fərqi saxladı və çempionluğa 1 addım daha da yaxınlaşdı. "Qalatasaray" növbəti 3 oyundan 1 xal qazanacağı təqdirdə, çempionluğunu rəsmiləşdirəcək.
Xalını 86-ya çatdıran "Qalatasaray", növbəti turda öz evində "Kayserispor"u qəbul edəcək.
Qeyd edək ki, hər iki komanda 4 gün sonra Türkiyə Kuboku finalında bir daha qarşılaşacaq.