RU

Rəsmi Ankara: Pakistan ilə Hindistan arasındakı atəşkəs qərarından məmnunuq

BAKI, 10 may. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi Pakistan ilə Hindistan arasındakı atəşkəs qərarından məmnun olduqlarını açıqlayıb.

Teleqraf "TRTHaber"ə istinadən xəbər verir ki, XİN-dən verilən açıqlamada atəşkəsin əldə olunmasında rolu olan bütün ölkələrə təşəkkür edilib.

"Pakistan ilə Hindistan arasında atəşkəs qərarının qəbulundan məmnun olduğumuzu bildiririk. Tərəfləri diyaloq üçün atəşəkəsin yaratdığı bu fürsətdən yararlanmağa çağırırıq. Cənubi Asiyada sabitliyin bərqərar olması üçün gərginliklərin qarşısını alacaq dialoq mexanizminin qurulması vacibdir. Başda ABŞ olmaqla, atəşkəsin əldə olunmasında rolu olan bütün ölkələrə təşəkkürümüzü bildiririk" - deyə, açıqlamada qeyd olunur.

Избранный
0
teleqraf.com

1Источники