Bakı. Trend:
Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO-ya üzvölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baştutacaq.
Trend-in “TRTHaber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xariciİşlər Nazirliyindəki mənbələr bildiriblər.
Qeyd olunub ki, NATO-nun 32 üzv dövlətinin təmsil olunacağı buiclas alyansın iyunun 24-25-də Haaqada keçirilməsi planlaşdırılandövlət və hökumət başçılarının Zirvə görüşünə hazırlıq xarakteridaşıyacaq.
İclas çərçivəsində mayın 14-də Türkiyənin xarici işlər naziriHakan Fidanın ev sahibliyi ilə NATO ölkələrinin xarici siyasətrəhbərləri, NATO Baş katibi və digər yüksək səviyyəli rəsmilərinbir araya gəlməsi gözlənilir.
Mayın 15-də keçiriləcək qeyri-rəsmi sessiyada isə NATO-nungündəliyində duran əsas prioritet məsələlər və Haaqa Sammitindəqəbul edilə biləcək qərarlar müzakirə olunacaq.