BAKI, 10 may. TELEQRAF
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Jerusalem Post" qəzetinin Prezident Donald Trampın Yaxın Şərq səfəri zamanı Fələstin dövlətini tanıyacağı ilə bağlı məlumatını "nonsens" adlandırıb.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Jerusalem Post”un bu naməlum “mənbə”dən daha yaxşı mənbələrə ehtiyacı var. Mənim 4 yaşlı nəvəm Teddi bu baxımdan daha etibarlıdır. Teddiyə inana bilərsiniz! Bu məlumat nonsensdir. İsrailin ABŞ prezidentindən daha yaxşı dostu yoxdur!", - paylaşımda deyilir.