RU

"Səbail" Premyer Liqanı tərk edən ilk klub oldu

Bakı. Trend:

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edəcək ilkklubun adına artıq aydınlıq gəlib.

Trend xəbər verirki, mövsümün sonuna iki tur qalmış 22 xalla turnir cədvəlindəsonuncu – 10-cu pillədə qərarlaşan "Səbail" Peşəkar Futbol Klubuelita ilə vidalaşacaq. Komanda 9-cu yerdə olan "Kəpəz"dən 7 xalgeri qalır və bu səbəbdən Premyer Liqada qalmaq şansını tamitirib.

2016-cı il avqustun 15-də əsası qoyulan “Səbail” qısa zamandayüksəliş edərək, 2016/2017 mövsümündə uğurlu çıxışı ilə PremyerLiqaya vəsiqə qazanmışdı.

"Dənizçilər" tarixlərinin ən uğurlu nəticəsini 2018/2019mövsümündə əldə ediblər – bürünc medal qazanaraq Avropa Liqasındaçıxış hüququ əldə etmişdilər. Bu, klubun indiyədək qitəmiqyaslıturnirdəki yeganə təcrübəsi olub.

Qeyd edək ki, növbəti mövsümdən etibarən Premyer Liqadakıkomanda sayı artırılaraq 12-yə çatdırılacaq. 1-ci Liqada ilk 3pillədə qərarlaşan "Qəbələ", "İmişli" və "Karvan" yeni mövsümdəelitada mübarizə aparacaq.

Избранный
0
az.trend.az

1Источники