RU

Rəşad Sadıqov: Ümidvaram ki, "Səbail" bir il sonra Premyer Liqaya qayıdar

BAKI, 10 may. TELEQRAF

"Çətin oyun keçdi".

Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Səbail"in I Liqaya düşməsini şərh edib: “Qış fasiləsindən sonra fərqli "Səbail" gördük. Baş tutmayan epizodları var idi. Bu oyunda da çoxlu epizodlar qaçırdılar. Aşağı liqaya düşməklərinin də əsas səbəbi bunu demək olar. Ümidvaram ki, “Qəbələ” kimi "Səbail" də ruhdan düşməz və bir il sonra yenidən elitaya qayıdar".

Baş məşqçi matçda 3 xal qazanmaları barədə danışıb: "Qələbə hər zaman şirindir. Bundan sonrakı oyunlara hazırlaşacağıq. Avrokubok oyunlarımız yaxınlaşır".

43 yaşlı mütəxəssis görüşün keçirildiyi "ASCO Arena"nın süni ot örtüyünün oyunçularına çətinlik yaşatdığını bildirib: "Yenə də futbolçularım çox yaxşı oyun göstərdilər. Əlimizdən gələni etdik. Oyunçularımı təbrik edirəm".

Избранный
0
teleqraf.com

1Источники