
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəslə razılaşsıqlarını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
O, Hindistan və Pakistanın tam və dərhal atəşkəslə razılaşdığını elan etməkdən məmnun olduğunu və bunun “uzun gecələr davam edən danışıqlardan” sonra baş verdiyini bildirib.
Digər tərəfdən, Hindistan və Pakistan arasında atəşkəs barədə razılığı Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri də təsdiq edib.