RU

Lənkəran Universitetində təmir ilə bağlı tender ləğv olundu

Lənkəran Dövlət Universitetinin təmiri ilə bağlı açıq tender ləğv edilib.

Teleqraf xəbər verir ki, 1 saylı tədris korpusunda nəzərdə tutulan işlərlə bağlı satınalma nəzarət orqanının qərarı ilə ləğv olunub.

Fevralda elan olunan tender üzrə görüləcək işlərin dəyəri 456.666,98 AZN təşkil edib.

Qeyd edək ki,ali təhsil müəssisəsinin H.Aslanov 50 ünvanında yerləşən yeni 2 mərtəbəli inzibati binanın tikintisini 2024-cü ildə “Construction Business Group” şirkəti həyata keçirib.

Universitet tikinti işlərinin satın alınması ilə əlaqədar sözügedən şirkətlə dəyəri 864 134,95 manat olan müqavilə bağlayıb.

Избранный
0
teleqraf.com

1Источники