Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasından 102 il keçir.
Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada peşəkar tibbi kadrların hazırlanması da məhz Ulu Öndərin adı ilə bağlıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта