RU

Separatçıların “qayıdış” nağılları davam edir

Ermənistanda mənzillənmiş separatçılar yenidən Qarabağa “qayıdış” nağıllarını gündəmə gətirməyə başlayıblar.

Tribunainfo.az xəbər verir ki, onlardan biri Artak Beqlaryan bildirib ki, bunun üçün bir neçə mərhələni keçmələri lazımdır.

Onun sözlərinə görə, hazırda əsas vəzifə Ermənistanı gücləndirməkdir. “Yəni qısaca desək, bizim güclü inkişaf etmiş Ermənistan Respublikamız olmalıdır”.

O qeyd edib ki, bütün erməni xalqının milli ideologiyası, milli elitası və buna əsaslanan effektiv idarəçiliyi olmalıdır. “Bunun əsasında əminəm ki, zaman keçdikcə biz də Qarabağa qayıda bilərik. Mən əminəm ki, Qarabağın qaytarılması mümkündür. Bu, zaman məsələsidir. İstər bir neçə ildən, istərsə də onilliklərdən sonra”.

P.S. Separatçılar hələ çox belə nağıllar uydurub, vaxtıyla taladıqları və istismar etdikləri Qarabağı və ermənilərə “xəyal plov” yedirtməyə çalışacaqlar. Amma arzuları heç vaxt çin olmayacaq.

Fərda Uğur

Избранный
0
tribunainfo.az

1Источники