RU

Meksika Google-u məhkəməyə verib

BAKI, TurkicWorld

Meksika Google-u “Meksika körfəzi” adının dəyişdirilməsinə görə məhkəməyə verib.

TurkicWorld xəbər verir ki, Meksika prezidenti Klaudia Şeynbaum “Meksika körfəzi”nin adını “Amerika Körfəzi” kimi göstərdiyi üçün Google-a qarşı məhkəmə iddiası qaldırıldığını bildirib.

Paytaxt Mexikoda təşkil olunan mətbuat konfransında çıxış edən prezident Şeynbaum bildirib ki, bu dəyişikliklə bağlı Google-a əvvəlcədən xəbərdarlıq edilsə də, şirkət geri addım atmayıb: “Google artıq məhkəməyə verilib. Artıq ilkin qərar var və biz bu qərarı gözləyirik.”

Prezident Şeynbaum körfəzin yalnız ABŞ sahillərinə uyğun gələn hissəsində “Amerika Körfəzi” adından istifadəyə qarşı çıxmadıqlarını, lakin bütün körfəzin bu adla göstərilməsinin yolverilməz olduğunu vurğulayıb. “Biz istəyirik ki, Google yalnız ABŞ sahillərinə uyğun hissəni belə adlandırsın və Meksika, Kuba ərazilərində əvvəlki adı saxlasın.” - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 20 yanvar tarixində imzaladığı fərmanla bu körfəzin adının “Amerika Körfəzi” kimi rəsmi şəkildə qeyd olunmasını əmr etmiş, Google isə 11 fevralda bu dəyişiklikləri tətbiq etmişdi.

Избранный
0
turkic.world

1Источники