RU

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd edilir

TBİLİSİ, 10 may. TELEQRAF

Gürcüstanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik, hərbi attaşe aparatı və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin, azərbaycanlı icmanın üzvləri, gənclər Tbilisidəki Heydər Əliyev adına parkda Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Parkda Heydər Əliyevə aid fotoşəkillər sərgilənib.

Tədbirdə Tbilisinin 64 və 73 saylı azərbaycandilli məktəblərinin şagirdləri də iştirak ediblər.

Bu gün Ulu öndərin xatirəsi Rustavi şəhərindəki abidəsi önündə də yad ediləcək. Daha sonra Marneuli Mədəniyyət Evində səfirliyin dəstəyi, İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev - 102 il” adlı tədbir keçiriləcək.

Избранный
0
teleqraf.com

1Источники