RU

Azərbaycanda türkiyəli iş adamı cərimə olundu

BAKI, 10 may. TELEQRAF

Azərbaycanda türkiyəli iş adamı cərimə olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Türkiyə Respublikasının vətəndaşı Erdinç Selvinin rəhbərlik etdiyi şirkətlə bağlı Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Onun barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən protokol yazılıb.

Məlum olub ki, türkiyəli iş adamı rəhbəri olduğu şirkətlə bağlı gömrük bəyannaməsi ilə bəyan edilib. Lakin qeyd olunan hüquqi şəxs tərəfindən qısa idxal bəyannaməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməyib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə 1500 manat miqdarında cərimə yazılıb.

Избранный
0
teleqraf.com

1Источники