RU

Pakistan ordusu Kəşmirdə Hindistanın qərargah və aerodromunu darmadağın etdi

BAKI, 10 may. TELEQRAF

Pakistan Ordusu Cammu və Kəşmir bölgəsinin Punç rayonundakı Bhimber Qali kəndində Hindistanın briqada qərargahını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Həmçinin Pakistan Cammu və Kəşmirdə Hindistanın bir hərbi aerodromu və üç nəzarət-buraxılış məntəqəsini məhv edib.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Избранный
0
teleqraf.com

1Источники