RU

İrana sərt xəbərdarlıq: Bizə “yox” demək ağılsızlıq olardı

BAKI, 10 may. TELEQRAF

“İran İslam Respublikası nüvə silahı əldə etmək istəmədiyini göstərmək üçün uranın zənginləşdirilməsi obyektlərini sökməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Onların sentrifuqaları ola bilməz, oradakı bütün yanacaqları uzaq bir yerə göndərməlidirlər. İran dövlətində bir daha heç vaxt zənginləşdirmə proqramı mövcud ola bilməz. Bu, bizim qırmızı xəttimizdir. İnanıram ki, onların ABŞ Prezidenti Donald Trampın zənginləşməyə qarşı mövqeyini qəbul etməkdən başqa seçimi yoxdur. “Yox” deyə, Prezident Trampı sınaya bilərlər, amma bu, ağılsızlıq olardı”, - Amerika rəsmisi vurğulayıb.

Избранный
0
teleqraf.com

1Источники