RU

“Araz-Naxçıvan” “Qarabağ”la oyuna itki ilə hazırlaşır

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının XXXIV turunda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir. 

QOL.az xəbər verir ki, bu gün "Azersun Arena"nın ehtiyat meydanında məşq edən komanda üzvləri isinmə hərəkətlərinin ardından baş məşqçinin tapşırıqlarını yerinə yetiriblər. 

Zədəli futbolçulardan Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlə kifayətlənib. 

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu mayın 11-də, saat 20:00-da, “Azersun Arena”da keçiriləcək.

Избранный
0
3
teleqraf.com

3Источники