Bu gün Misli Premyer Liqasında XXXIV tura start verilib.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Masazır qəsəbəsində oynanılıb.
Matç turnir cədvəli baxımından həm "Sabah", həm də "Şamaxı" üçün yarış cədvəli baxımından formal xarakter daşıyırdı.
Buna baxmayaraq, "Sabah" inamlı qələbə qazanıb.
9 may
“Sabah” – “Şamaxı” 3:1 (İkinci hissə)
Qollar: İqor Noqeyra, 12; 72; Pavol Safranko, 90+3 - Leroy Mikels, 26
Bank Respublika Arena. Saat 19:00
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev