U-16 Azərbaycan milli komandası Belarusa qarşı yoxlama oyunundan qalib ayrılıb.
Offsideplus.az xəbər verir ki, həmyaşıdları ilə qarşılaşan yığmamız rəqibini 2:1 hesabı ilə məğlub edib. Binə stadionunda təşkil olunan matçda komandamızın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.
Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 11-i saat 17:00-da Binə stadionunda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.