RU

Ana xəstəliklə doğulan 4 yaşlı oğlunu boğub öldürdü

Ukraynanın Ternopil bölgəsində qadın 4 yaşlı oğlunu qətlə yetirib.

 

Bu barədə Ternopil Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, patologiya ilə doğulan oğlanın ağır xəstəlik səbəbindən xüsusi daimi qayğıya ehtiyacı olub. Lakin ana 4 yaşlı oğlunu bir neçə gün nəzarətsiz qoyub.

 

Ekspertizanın rəyinə görə, uşağın ölümü burun-ağız dəliklərinin bağlanması nəticəsində yaranan mexaniki asfiksiya nəticəsində baş verib.

 

Ana saxlanılıb, araşdırma aparılır./Lent.az

Tarix: 9 May 2025, 20:05   
Избранный
0
6
pravda.az

7Источники