Xabi Alonso cari mövsümün sonunda "Bayer"dən (Leverkuzen) ayrılacağını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis Bundesliqa klubunda son günlərinin olduğunu özü mətbuata açıqlamasında bildirib. Klubun rəsmi saytı da 43 yaşlı mütəxəssislə vidalaşıb və hər şeyə görə təşəkkür edib.
Onun yeni klubu "Real Madrid" olacaq, tərəflər arasında 3 illik müqavilə imzalanacaq.
Xabinin "Kral klubu"nda əvəzləyəcəyi Karlo Ançelottiyə gəlincə, onun komandadan gedişi "El Klasiko"dan sonra elan ediləcək.
Qeyd edək ki, "Barselona" - "Real Madrid" qarşılaşması mayın 11-i Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.