Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika Partiyasının İcraiyyə Komitəsinin üzvü Eduard Şarmazanov jurnalistlərə açıqlamasında Baş nazir Nikol Paşinyanın Moskvaya səfərinin Rusiya ilə münasibətlərin normallaşmasına ciddi töhfə verməyəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Şarmazanovun sözlərinə görə, hazırkı hakimiyyət Ermənistan-Rusiya əlaqələrinə ciddi ziyan vurub. Moskva artıq göz yaşlarına inanmır.
Şarmazanov deyib ki, Paşinyan Ukrayna müharibəsinin nəticəsini əvvəlcədən görə bilmədiyi üçün Moskvaya üz tutur.
“Əgər Rusiya qalib gəlsə, Paşinyan təşəkkürlər yağdıracaq. Yox, uğursuz olsa, yenə də anti-Rusiya ritorikasına qayıdacaq”, – o bildirib.
Siyasətçi Paşinyanı türkpərəst adlandırıb və onun məqsədinin Qərbə inteqrasiya yox, Rusiyanın mövqelərini zəiflətmək və bölgədə Türkiyəni gücləndirmək olduğunu vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az