RU

“BİGANƏ İNSAN STATİSTİKASI...” - Bəşər tarixindəki qanlı savaşlarla bağlı maraqlı statistika

Bu gün Hitler faşizmi üzərində qələbənin 80 illiyidir. Həmin müharibədə 10 milyonlarla insanın həyatına son qoyulub. Ancaq bəşəriyyət tarixindəki qanlı müharibələrin, kütləvi qırğınların yeganə nümunəsi əlbəttə ki, tək İkinci Dünya Müharibəsi deyil və bu savaşlar günü bu gün də davam edir…

Hurriyyet.az xəbər verir ki, Elm və təhsil mütəxəssisi, sabiq millət vəkili Etibar Əliyev öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı maraqlı paylaşım edib:

“Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey müharibə vaxtı tələf olanları “biganə insan statistikası” kimi dəyərləndirir.

Əsrlər boyu inqilablar və müharibələr zanmanı insan təlafatına diqqət edin. Sual yaranır. Ən qorxulu Əsr hansıdır? XXI Əsr də mürgüləməyib. Yaşadığımız əsrdə hələlik ölənləri sayırlar...

1. İkinci Dünya müharibəsi XX Əsr ölənlərin sayı: 55.000.000 nəfər;

2.Mao Tzedunun hakimiyyəti dövrü XX əsr ölənlərin sayı: 40.000.000 nəfər;

3. Monqol istilası XIII əsr ölənlərin sayı: 40.000.000 nəfər;

4. An Luşan qiyamı VIII əsr ölənlərin sayı: 36.000.000 nəfər;

5.Min sülaləsinin süqutu XVII əsr ölənlərin sayı: 25.000.000 nəfər;

6. Taypinlərin üsyanı XIX əsr ölənlərin sayı: 20.000.000 nəfər;

7.Amerika hindularını kütləvi məhvi XV-XIX əsrlər ölənlərin sayı: 20.000.000 nəfər;

8.İosif Stalin XX əsr ölənlərin sayı: 20.000.000 nəfər;

9.Yaxın şərqdə qul alveri VII-XIX əsr ölənlərin sayı: 19.000.000 nəfər;

10. Transatlantik qul alveri XV -XIX əsrlər ölənlərin sayı: 18.000.000 nəfər;

11. Əmir Teymur dövrü XIV-XV ölənlərin sayı: 17.000.000 nəfər;

12. Britaniya Hindistanı (aclıqdan) XIX əsr ölənlərin sayı: 17.000.000 nəfər

13. Birinci Dünya müharibəsi XX Əsr ölənlərin sayı: 15.000.000 nəfər;

14. Rusiyada Vətəndaş müharibəsi XX Əsr ölənlərin sayı: 9.000.000 nəfər;

15. Roma İmperiyasının süqutu III-V əsrlər ölənlərin sayı: 8.000.000 nəfər;

16. Konqonun müstəqilliyi XIX-XX əsrlər ölənlərin sayı: 8.000.000 nəfər;

17. 30 illik müharibə XVII əsr ölənlərin sayı: 7.000.000 nəfər;

18. Rusiyada İğtişaş dövrü XVI - XVII əsrlər ölənlərin sayı: 5.000.000 nəfər;

19. Napoleon müharibəsi XIX əsr ölənlərin sayı: 4.000.000. nəfər;

20 Çində vətəndaş müharibəsi XX əsr ölənlərin sayı: 3.000.000 nəfər

21. Fransada Din zəminində mühüribələr XVI əsr ölənlərin sayı: 3.000.000 nəfər.

Mənbə: Stiven Pinker "Nədən dünyada zorakılıq azalıb?" kitabı”

AzPolitika.info

Избранный
0
hurriyyet.az

1Источники