Bakı. Trend:
Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallırayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağıryol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasındadeyilir.
İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlətqeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlüTeymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsindənəqliyyat vasitəsi aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildəolan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlüTeymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu,2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerindəhəyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.