RU

Poroşenkonun oğlu vergidən yayınmaqda şübhəli bilinir

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun oğlu Oleksey Poroşenko vergidən yayınmaqda şübhəli bilinir.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Zakon Business” nəşri yazıb.

Məlumata görə, Poroşenkonun oğlu 2023-2024-cü illər ərzində heç bir şəkildə hərbi və ya şəxsi gəlir vergisi ödəməyib.

Mütəxəssislər qeyd ediblər ki, fiziki şəxs hər hansı gəlir əldə etdiyi halda 18 faiz, həmçinin 1,5 faiz hərbi vergi ödəməlidir. Lakin Oleksey bu vergilərdən yayınıb.

Избранный
0
1
publika.az

2Источники