RU

Azərbaycanın mərhum Dövlət Katibinin oğlunun istintaqı başa çatdı – MƏHKƏMƏ BAŞLAYIR

BAKI, 9 may. TELEQRAF

Azərbaycanın 1-ci Dövlət Katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq -xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Избранный
0
6
teleqraf.com

10Источники