RU

Putinin Çin liderinə çay qonaqlığı: 3,5 saat davam edən görüş.... - VİDEO

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin rəsmi danışıqları başa vurduqdan sonra çay süfrəsi arxasında qeyri-rəsmi danışıqları davam etdiriblər. 

Ölkə.az xəbər verir ki, süfrəyə piroqlar, limon dilimləri, təzə giləmeyvə, quru meyvələr və qoz-fındıq verilib. 

Belə bir formatda keçirilən görüşü şərh edən RF prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, qeyri-rəsmi atmosferdə çay içmək ən yüksək səviyyədə ikitərəfli görüşlər çərçivəsində ənənəyə çevrilib. 

Onun sözlərinə görə, məhz belə şəraitdə Rusiya-Çin əməkdaşlığının ən mühüm və həssas aspektləri müzakirə olunur.

Xatırladaq ki, Putinlə Si Cinpinin Kremldəki görüşləri 3,5 saat davam edib.

Si Cinpin və nümayəndə heyəti mayın 7-də Rusiyaya gəlib. Onun rəsmi səfəri ayın 10-dək davam edəcək.

Mürtəza
Ölkə.az

Избранный
0
olke.az

1Источники