RU

Sabiq icra başçısı Nizami Sadıqov yazır: "İlham Əliyevin Ağdama Diqqəti: Bir Başçının Xatirələri"

Hörmətli oxucu, Azərbaycan Respublikası cənab İlham Əliyevin Ağdam rayonuna səfəri ərəfəsində ürəyim istədi ki, bir sıra xatirə və düşüncələrimi mətbuatda sizinlə bölüşüm. 

30 Sentyabr 2009-cu ildə mən Ağdam rayonuna başçı vəzifəsinə təyin olunmağım münasibəti ilə cənab prezident İlham Əliyev məni qəbul etdi. Təxminən on beş dəqiqə mənimlə söhbət edərək bir neçə tövsiyyələr verdi. Həmin söhbəti olduğu kimi sizlərə təqdim edirəm: 

"Mən sizi Ağdam rayonuna başçıvəzifəsinə təyin edirəm. Siz rayonda bir ay işləyin, işlə tanış olun. Baxın, görün rayon əhalisinin yaxşı yaşaması üçün nə lazımdırsa məruzə edin. Mən sizə lazımi köməkliyi edəcəyəm".

 Cənab prezident daha sonra bildirdi ki, Ağdam əhalisi çox əziyyət çəkib. Qarabağ hadisələrinin bütün ağırlığı Ağdam əhalisinin üzərinə düşüb.  Mən istəyirəm ki, Ağdam əhalisi yaxşı yaşasın. Qeyd etdi ki, 2008-ci ildə Ağdam rayonuna qaz çəkilişi ilə əlaqədar orada olmuşam, açılış etmişəm. Rayonun qazlaşmasını tezliklə başa vurulmasını göstəriş vermişəm. 

 1 sentyabr 2009-cu ildə mən Ağdam rayonun əhalisinə təqdim edildim. Təyinatımdan 6 gün sonra aidiyyatı şirkətə gedib cənab prezidentin tələbini olduğu kimi Rövnəq müəllimə söylədim. Rövnəq müəllim də çox sağ olsun həmin işi- sentyabr ayına Quzanlı qəsəbəsini tamamilə qazlaşdırılmışdı. Qısa müddətdə Ağdam rayonunda 16 min abonent qazla təmin olundu. 

 Cənab prezidentə müraciət məktubumda yazdığım kimi 4 ildə xəstəxana, bir neçə məktəb binası, bağça, veteranlar evi, Heydər Əliyev prospekti, 300 kilometrlik asfalt yolu, Şəhidlər xiyabanı, Ağdamın giriş qapısı inşa edildi, rayonda 10 min ağac əkildi. 

Bunları yazmaqda məqsədim isə cənab prezident İlham Əliyevin Ağdama, ağdamlılara olan məhəbbətini həmyerlilərimə çatdırmaqdır. Yəqin ki, oxucularımızın əksəriyyəti bilmir ki, icra hakimiyyətinin başçıları çox vaxt heç nazirlərin qəbuluna düşə  və onlara zəng belə edə bilmirlər. Bütün bunları nəzərə alaraq Ağdam rayonun dəftərxana blankının sağ mərtəbəsində Ulu Öndər heydər Əliyevin Ağdam haqqında dediyi belə bir kəlamını qırmızı hərflərlə çap etdirdim ki, daş qəlbli məmurlar həmin kəlamı görüb "yumşalsınlar".

Həmin kəlam belə idi:

"Azərbaycan Ağdamsız, Qarabağsız yaşaya bilməz".

 Hörmətli oxucu, Heydər Əliyev ailəsinin ayağında bir ruzi- bərəkət var. O ruzi ki, Azərbaycan üçün xoşbəxtlik gətirir. 

1969-cu ildə  Ulu Öndər hakimiyyətə gələn zaman Azərbaycan respublikası nəinki dünyada heş SSRİ miqyasında tanınmırdı. Mən Moskvanın Kontilirovski hərbi komisarlığında hərbi xidmətdə olmuşam.  O vaxtlar mən batalyon komandirimə Bakı şəhərinin harada yerləşdiyini izah edə bilməmişdim. 

Ancaq 1980-cı illərdə Azərbaycan SSRİ məkanında ən tanınmış respublikalardan biri idi. 

Hörmətli oxucu, biz bu gün etiraf etməliyik ki, 1993-cü ildə Azərbaycanı parçalanmaqdan məhz Heydər Əliyev xilas etdi. 

 Əziz dostlar, Ağdam rayonu işğal altında olanda çox vaxt mən həsrət və kədərdən xəlvətcə ağlamışam. Bu gün isə gözlərim kədərdən deyil, sevincdən yaşarır. 

 Ağdamın sabiq İcra Başıçısı Nizami Sadıqov 

 

 

Избранный
0
1
moderator.az

1Источники