RU

Bakı-Moskva-Bakı uçuşları bərpa olunub və ştat rejimində həyata keçirilir - AZAL

Bakı. Trend:

Bakı-Moskva-Bakı uçuşları bərpa olunub və ştat rejimində həyatakeçirilir.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuatxidmətindən məlumat verilib.

"Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olanməhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünənaxşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyatakeçirilir", - deyə AZAL-dan bildirilib.

Xatırladaq ki, ötən gün "Azərbaycan Hava Yolları" (AZAL)aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılanJ2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu)nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrindəməhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirəsalınmışdı.

Bildirilmişdi ki, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraqvəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklərbarədə məlumatlandıracaq.

Məqalədə:
Избранный
0
45
az.trend.az

5Источники