RU

"Real Madrid" yeni baş məşqçisi ilə razılaşdı

BAKI, 9 may. TELEQRAF

İspaniyanın "Real Madrid" klubu Almaniyanın "Bayer Leverkusen" komandasının baş məşqçisi Xabi Alonso ilə razılıq əldə edib.

Teleqraf "Marca" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" 44 yaşlı ispan mütəxəssislə 3 illik müqavilə bağlayacaq.

Alonso 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fiziki hazırlıq üzrə məşqçi Sebas Parrillyanı da Madridə gətirəcək.

Mənbənin məlumatına görə, “Real Madrid” hazırkı baş məşqçisi Karlo Ançelotti ilə mayın 25-də vidalaşacaq.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən "Bayer Leverkusen"in sükanı arxasındadır. O, 2009-2014-cü illərdə "Real Madrid"in futbolçusu olub. Alonso 2018-2019-cü illərdə isə Madrid təmsilçisinin gənclərdən ibarət komandasına başçılıq edib.

Избранный
0
teleqraf.com

1Источники