“Nikol Paşinyan parlamentdəki son isterik çıxışları zamanı konkret olaraq müxalifətçilərdən birini hədəfə alıb, ad çəkmədən qışqırıb: "Sən Sevan(Göyçə- S.L.) gölünün sahilindəki villanı haradan almısan? Sevan gölünün sahilində ev saxlamağa nə haqqın var? Bura gəl məni korrupsiyada ittiham et, lovğa, lovğa". KP dairələri bildiriblər ki, pulu alan keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri, Sevan gölünün sahilində şəxsi evi olan Seyran Ohanyandır”.
Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır.
“Dünən Cinayət Məhkəməsinin pərdə arxasında Seyran Ohanyanın toxunulmazlığından tezliklə məhrum edilməsi ilə bağlı qızğın müzakirə aparılıb. Spiker Alen Simonyan isə jurnalistlərlə söhbətində az qala açıq etiraf edib: “Prokuror 2008-ci ildə İrəvana qoşun gətirən və İrəvan sakinlərini güllələyənlərin arxasınca gələcək”.
Seyran Müşeqiç 1 mart hadisələri zamanı müdafiə naziri vəzifəsini tutub və 1 mart işində əli var. Xatırladaq ki, 5-6 ildir ibtidai istintaq və məhkəmə prosesi davam edir və konstitusiya quruluşunu sarsıtmaq ittihamı Ali Məhkəmə tərəfindən konstitusiyaya zidd kimi tanınıb. Ona görə də bu iş çoxdan iflasa uğrayıb və hər hansı proses başlasa, bu, yalnız seçkiqabağı təşviqat məqsədi ilə olacaq”, - erməni nəşri davamında bildirir.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Xocalı soyqırımında Rusiyanın keçmiş 366-cı alayının taborb komandiri kimi birbaşa iştirak edib...
S.Laçın