RU

Si Cinpin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ümid edir

Bakı. Trend:

Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlədanışıq zamanı Ukrayna böhranının tez bir zamanda həlli və onuyaradan səbəblərin aradan qaldırılmasının tərəfdarı olduğunubildirib.

Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyixəbər verib.

"Si Cinpin qeyd edib ki, Ukrayna böhranı ilə bağlı Çin ümumi,hərtərəfli, əməkdaşlıq və davamlı qlobal təhlükəsizlikkonsepsiyasına sadiqdir və hesab edir ki, bütün ölkələrin ağlabatantəhlükəsizlik fikirləri nəzərə alınmalı və böhranın əsas səbəbləriaradan qaldırılmalıdır", - deyə bildirilib.

Çin lideri qeyd edib ki, Çin sülhü təşviq etmək üçün bütünsəyləri alqışlayır və dialoq yolu ilə ədalətli, davamlı, məcburi vəməqbul sülh sazişinə nail olmağa ümid edir.

Избранный
0
az.trend.az

1Источники