RU

Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir

Bakı, 21 aprel, AZƏRTAC

Bu gün bizim üçün unudulmaz gündür. Uzun illərdən sonra doğma torpağımıza qayıdırıq. Bu hissləri sözlə ifadə etmək çətindir. Şəhidlərimizin qanı bahasına biz bu torpaqlara yenidən qovuşduq. Allah onlara rəhmət eləsin. Dövlətimiz bizə hər cür şərait yaradıb. Evlərimiz geniş və rahatdır, infrastruktur tam təmin olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Sərvər Əliyev səsləndirib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı xalqımızın tarixi ədalətə qovuşması deməkdir.

“Bu torpaqlara sahib çıxmaq, burada yaşamaq, işləmək və qurmaq bizim ən müqəddəs borcumuzdur”, – deyə o vurğulayıb.

S.Əliyev, həmçinin torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətləri olan Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.

Избранный
46
10
azertag.az

10Источники