EN

Nə gördü, “Neftçi”də gördü

"Turan Tovuz"un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub.

İsmayılın debütü 2019/20 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.

Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.

Chosen
0
49
sportinfo.az

10Sources